Azad Rəhimov Patrik Hikki ilə görüşüb

Azad Rəhimov Patrik Hikki ilə görüşüb
# 22 yanvar 2016 11:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə İsveçrənin Lozanna şəhərində səfərdədir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, səfər çərçivəsində A. Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib.

Görüşlər çərçivəsində “Bakı-2015” Avropa Oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb. Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR