Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib, müraciətlərə baxılıb

Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib, müraciətlərə baxılıb
# 01 mart 2016 14:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyevin APA-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.

M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR