Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi” tərəfindən 11 minə yaxın müraciət cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzi” tərəfindən 11 minə yaxın müraciət cavablandırılıb
# 03 noyabr 2015 12:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Çağrı mərkəzi” tərəfindən 10 841 müraciət cavablandırılıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, daxil olan müraciətlərin 10 063-ü (92,8 %) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğularından ibarət olub və həmin sorğularla bağlı vətəndaşlara aydın şəkildə və ətraflı izahatlar verilib. Ayrı-ayrı şəxslərin bu və ya digər sosial təminat növü ilə təmin olunmaq hüquqlarının müəyyən olunması məsələlərinin, təklif və şikayətlərin ifadə olunduğu 778 müraciət isə araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə ötən ay 142 -“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 4 min 73-ü (37,6%) sosial təminat, 2 452-si (22,6%) əmək qanunvericiliyi, 2 224-ü (20,5%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə, 1 209-u (11,2%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 883-ü (8,1%) isə məşğulluq məsələlərinə aid olub. Bu dövrdə əmək qanunvericiliyi ilə əlaqədar müraciətlərin sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 42,8% azalıb.

Eyni zamanda, nazirliyin elektron xidmətlərindən yararlanmaq istəyənlərin getdikcə artmasının göstəricisi kimi, bu e-xidmətlərdən istifadə məsələləri ilə əlaqədar müraciətlərin sayında əvvəlki sentyabr ayı ilə müqayisədə 10,3%, cari ilin avqust ayı ilə müqayisədə 55,2% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR