Mariya Şarapova Harvard Biznes Məktəbinə qəbul olub

Mariya Şarapova Harvard Biznes Məktəbinə qəbul olub
# 25 iyun 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Məşhur rusiyalı tennisçi Mariya Şarapova Harvard Universitetinin tərkib hissəsi olan Harvard Biznes Məktəbinə qəbul olub.

APA-nın məlumatına görə, bu barədə o Twitter səhifəsində bildirib.

Şarapova sosial şəbəkədə universitet qarşısında çəkdirdiyi şəkli paylaşıb: “Bilmirəm, necə oldu, lakin, salam, Harvard! Proqramın başlanacağı günü səbirsizliklə gözləyirəm”.

​Qeyd edək ki, Şarapova doppinq qəbul etdiyinə görə iyunun 8-dən 2 il müddətinə idmandan kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR