Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi bir ildə 61%-ə yaxın artıb

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi bir ildə 61%-ə yaxın artıb
# 13 may 2016 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu –APA-Economics. Bu ilin aprel ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 227 mln. 396,73 min manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 86 mln. 090,08 min manat və ya 60,92% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 54 mln. 201,72 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 145 mln. 577,24 min manat, aksizlər üzrə 15 mln. 615,22 min manat, yol vergisi üzrə isə 12 mln. 002,55 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR