Gəncədə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası müzakirə olunub

Gəncədə yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası müzakirə olunub
# 03 mart 2016 14:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Gəncə şəhərinin Nizami rayonunun M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbində "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanundan irəli gələn vəzifələrin icrası məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov qanundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyətindən, yetkinlik yaşına çatmayanların cinayətə meylinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsindən, təhsildən yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında daxili işlər orqanlarının rolundan danışıb.

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə "Narkotiklər haqqında nə bilirik?" "Narkotik yoxsa həyat" mövzularında Gəncə şəhər Narkoloji Dispanserin baş həkimi Sahib İsmayılovun, "Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması" mövzusunda Nizami rayon nikah şöbəsinin müdüri Şəlalə Cəfərovanın çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda şagirdlərə və pedaqoji kollektivə müzakirə edilən mövzu ilə bağlı broşura, jurnal və kitablar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR