Poroşenko: "Donbasda 2269 döyüşçümüz həlak olub"

Poroşenko: "Donbasda 2269 döyüşçümüz həlak olub"
# 29 yanvar 2016 10:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Donbasda Ukraynanı müdafiə edərkən 2269 döyüşçümüz həlak olub”.

APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Krut qəhrəmanlarının xatirə günü ilə əlaqədar hərbi liseylərin kursantları qarşısında çıxışı zamanı deyib. O bildirib ki, həlak olanların arasında yetkinlik yaşına çatmayan 18 döyüşçü 18-25 yaşlarında olan 650 gənc də var.

Qeyd edək ki, Krut döyüşü 1918-ci il yanvarın 29-da, müstəqil Ukrayna Xalq Respublikasının dövründə, ukraynalı hərbi lisey tələbələri ilə bölşeviklərin üstün qüvvələri arasında Krut dəmir yolu stansiyası yaxınlığında baş verib. Qeyri-bərabər döyüşdə tələbələrin əksəriyyəti həlak olub. Lakin onlar bolşeviklərin Kiyevə hücumunu öz canları bahasına ləngidə biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR