Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb

Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb
# 15 dekabr 2015 12:25 (UTC +04:00)

Bakı – APA. Rusiya açıq hava sahəsi anlaşması çərçivəsində Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi müşahidə uçuşunu “An-30B” təyyarəsi ilə həyata keçirir. Təyyarə Ərzurumdan havaya qalxır və Türkiyə tərəfinin müəyyən etdiyi marşrut üzrə hərəkət edir. Proses dekabrın 18-də yekunlaşacaq.

Qeyd edək ki, açıq səma anlaşması ATƏT çərçivəsində qarşılıqlı anlayışı və etimadı gücləndirmək üçün 1992-ci ildə imzalanıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR