Paytaxtda "Mitsubishi" piyadanı vurub

Paytaxtda "Mitsubishi" piyadanı vurub
# 08 yanvar 2016 00:34 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, sürətlə hərəkətdə olan avtomobil piyadanı vurub. Hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada 42 yaşlı Fərman Əsgərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımdan sonra onun həyatı üçün təhlükə aradan qaldırılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. "Mitsubishi"nin sürücüsünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR