Cəlilabadda və Ağcabədidə ev yanıb

Cəlilabadda və Ağcabədidə ev yanıb
# 04 iyul 2016 22:07 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda və Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan ikimərtəbəli 6 otaq evin dam örtüyü 135 kv.m, 2-ci mərtəbədə 1 otaq və aynabəndin yanar konstruksiyaları 108 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ağcabədi rayonu, Qaradolaq kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evin 1 otağı 30 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR