Azərbaycan COP29-la bağlı “S&P Global Commodity Insights” şirkəti ilə əməkdaşlıq edə bilər

Azərbaycan COP29-la bağlı “S&P Global Commodity Insights” şirkəti ilə əməkdaşlıq edə bilər
# 23 may 2024 14:35 (UTC +04:00)

Azərbaycan COP29 çərçivəsində “S&P Global Commodity Insights” şirkəti ilə əməkdaşlıq edə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial media hesabında bildirib.

“S&P Global Commodity Insights” şirkətinin vitse - prezidenti Carlos Pascual ilə görüşdə qlobal enerji keçidi, Azərbaycanın yaşıl enerji gündəliyinin icrası və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə müzakirələr apardıq. Ölkəmizin milli və regional səviyyələrdə enerji təhlükəsizliyi və dayanıqlı inkişafa töhfə verən “yaşıl enerji zona”ları, “yaşıl enerji dəhliz”lərinin yaradılması, sənaye miqyaslı bərpaolunan enerji güclərinin istifadəyə verilməsi və dekarbonizasiya tədbirləri ilə bağlı fəaliyyətini nəzərdən keçirdik"- nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR