"Alfa Sığorta" ötən ilə zərərlə yekun vurub

"Alfa Sığorta" ötən ilə zərərlə yekun vurub
# 12 aprel 2016 13:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Alfa Sığorta” ASC ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Alfa Sığorta”nın məcmu aktivləri 2014-cü il ilə müqayisədə 14,8% azalaraq 11 mln. 192,510 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 472,435 min manat, qısamüddətli aktivləri 9 mln. 720,075 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 29,7% azalaraq 3 mln. 498,755 min manat olub. 2015-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 2 mln. 771,868 min manat, qısamüddətli öhdəlikləri isə 726,887 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 7 mln. 780 min manat, məcmu kapitalı isə 5,59% azalaraq 7 mln. 693 min 754,86 manat təşkil edib.

2015-ci ildə “Alfa Sığorta” cəmi gəlirləri 4 mln. 056 min 765,69 manat, cəmi xərcləri 4 mln. 512 min 232,10 manat olub.

Şirkət ötən ili 455 min 466,410 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR