Lənkəranda avtomobillə vurulan 9 yaşlı qız ağır xəsarət alıb

Lənkəranda avtomobillə vurulan 9 yaşlı qız ağır xəsarət alıb
# 29 avqust 2016 14:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda avtomobillə vurulan azyaşlı ağır xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün günorta saatlarında şəhərin Kişik bazar ərazisində Lənkəran rayonunun Göyşaban kənd sakini, 51 yaşlı Mətləb Rzayevin idarə etdiyi “Kia-Sorento” markalı, 42 BR 640 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, İmişli rayonunda qeydiyyatda olan və hazırda Lənkəran şəhərində valideynləri ilə kirayədə yaşayan 9 yaşlı Aysu Rafiq qızı Hüseynlini vurub.

Sürücü azyaşlını Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparıb. Burada müayinə olunan A. Hüseynliyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR