Pulsuz məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

Pulsuz məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib
# 17 sentyabr 2016 08:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planı təsdiq edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə bildirlib ki, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr.

Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq, şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq səviyyəsində müәyyәnlәşdirilib. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir. Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır. Mәktәbәhazırlıq mәşğәlәlәri hәftәdә 4 (dörd) gün keçilir. Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılır. Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur: - 5 gün payız tәtili (16-20 noyabr); - 5 gün qış tәtili (27-31 yanvar); - 5 gün әlavә tәtil (1-5 may).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR