Avropa Məhkəməsi Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddianı qəbul edib

Avropa Məhkəməsi Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddianı qəbul edib
# 24 may 2016 20:54 (UTC +04:00)

Bakı-APA. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ukraynada 2014-cü ilin iyulunda sərnişin təyyarəsinin vurulması nəticəsində ölən şəxslərin qohumlarının Rusiyaya qarşı qaldırdıqları iddianı qəbul edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə AİHM-nin mətbuat xidmətindən bildirilib.

“Biz təsdiqləyirik ki, Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddia 2016-cı ilin mayın 9-da katiblik tərəfindən qəbul edilib”, - deyə mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə qurbanlarının Malayziya, Avstraliya və Yeni Zelandiyadan olan 33 qohumu Rusiyaya qarşı iddiaçı qismində çıxış edib.

Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də “Malaysia Airlines” aviaşirkətinin Amsterdam - Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing 777” tipli təyyarəsinin Donetsk vilayətində vurulması nəticəsində 298 nəfər həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR