Ağ Ev və Dövlət Departamenti Əsədin Moskva səfərinə fərqli münasibət bildirib

Ağ Ev və Dövlət Departamenti Əsədin Moskva səfərinə fərqli münasibət bildirib
# 22 oktyabr 2015 07:46 (UTC +04:00)

Bakı.Türbət Bağırova - APA. ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Moskvada suriyalı həmkarı Bəşər Əsədi qəbul etməsinə münasibət bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin sözçüsü Con Kirbi bu səfərdən təəccüblənmədiklərini bildirib: “Moskva və Dəməşq arasında özünəməxsus münasibətlər mövcuddur. Aydındır ki, hazırda Rusiya Silahlı Qüvvələri Əsəd rejimini dəstəkləmək üçün ərəb ölkələrində öz mövcudluğunu genişləndirir.”

C. Kirbinin sözlərinə görə, bu vəziyyət Suriyada ekstremizmin artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Ağ Ev administrasiyasının sözçüsü Erik Şults bir qədər fərqli münasibət ortaya qoyaraq rəsmi Vaşinqtonun Kremldə aparılan danışıqlardan narahatlığını ifadə edib: “Hesab edirik ki, Bəşər Əsədin qırmızı xalıyla qarşılanması Rusiyanın Suriyada siyasi keçidin labüdlüyünə dair mövqeyi ilə ziddiyyət təşkil edir. Suriya lideri öz xalqına qarşı kimyəvi silahdan istifadə edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR