"Bank BTB" məcmu kapitalını artırmaq üçün borclanmaya gedib

"Bank BTB" məcmu kapitalını artırmaq üçün borclanmaya gedib
# 30 mart 2016 13:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank BTB" ASC-nin səhmdarlarının ümumi yığıncağının cari ilin fevralın 2-də verdiyi qərara əsasən ümumi dəyəri 8,5 mln. dollar olan subordinasiya borc öhdəliklərinin (istiqrazlar) emissiyası qərara alınıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunub və subordinasiya borc öhdəliklərinin buraxılışı (istiqrazlar) fevralın 23-də qeydiyyata alınıb və martın 17-də (qeydiyyat № AZ2001009441) istiqrazların buraxılışı yekunlaşıb.

Yeni investor cəlb olunmaqla, bankın məcmu kapitalı 61 mln. 727,190 min manat təşkil edib. Bununla, bankın məcmu kapitalı 31 dekabr 2015-ci il tarixi ilə müqayisədə 21% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR