Elmar Məmmədyarov: “Hələlik həmsədrlərlə görüş planlaşdırılmır”

Elmar Məmmədyarov: “Hələlik həmsədrlərlə görüş planlaşdırılmır”
# 10 fevral 2016 10:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz hələlik ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə hər hansı görüş planlaşdırmırıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçin xarici işlər naziri Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bir neçə gün əvvəl həmsədrlərlə tezliklə yeni görüş keçirilməsinin gözlənildiyini bildirib. Lakin o, görüşün yeri və vaxtı barədə məlumat verməyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR