ABŞ-ın "ConocoPhilips" şirkəti Rusiya bazarını tərk edib

ABŞ-ın "ConocoPhilips" şirkəti Rusiya bazarını tərk edib
# 22 dekabr 2015 14:22 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın "ConocoPhilips" neft şirkəti Rusiya bazarını tamamilə tərk edib.

APA-nın xəbərinə görə, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.


Bu, "ConocoPhilips"in "Rosneft"lə bərabər əsaslarla paya malik olduğu “Qütb parıltısı” şirkətində payını satmasından sonra baş verib.
Ötən həftə "Rosneft" də öz payını satıb. Şirkətdən bildiriblər ki, anlaşma şirkət üçün faydalı şərtlər əsasında və "Rosneft"in strategiyalarına uyğun qəbul edilib.

Qeyd edək ki, "Conoco" 25 ildən çoxdur Rusiya bazarında neft-qaz sahəsində çalışan şirkətlərdən biri idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR