Bu gün Lənkəranda 1500 ədəd ağac əkilib

Bu gün Lənkəranda 1500 ədəd ağac əkilib
# 05 mart 2016 15:20 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mart ayı rayonda yaşıllaşdırma aylığı elan olunub.

APA-nın cənub bürosunun məlumatına görə, artıq sərəncamdan irəli gələn vəzifələrin icrasına başlanılıb. Belə ki, bu gün rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivlərinin, habelə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi keçirilib. Magistral yolların kənarında, Hava limanı ərazisində, şəhərin park və bağlarında 1500 ədəd müxtəlif növ ağac əkilib, sıradan çıxmış ağaclar yenisi ilə əvəz olunub, onlara aqrotexniki qulluq göstərilib və suvarılıb. Eyni zamanda şəhərin prospekt və küçələrində hündür ağacların gövdələri ağardılıb, qurumuş budaqları budanıb. Bundan əlavə növbəti kütləvi ağac əkini üçün yeni yerlər hazırlanıb. Şəhərin Sahil parkına bitişik ərazidə təmizlik işləri aparılıb, münbit torpaq tökülərək əkinə yararlı vəziyyətə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR