SABAH qruplarının müəllimləri üçün təlimlər başa çatıb

SABAH qruplarının müəllimləri üçün təlimlər başa çatıb
# 18 yanvar 2016 12:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 16-17 yanvar tarixlərində SABAH qruplarında tədrisə yeni cəlb edilmiş müəllimlər üçün “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” mövzusunda ikigünlük nəzəri-təcrübi təlim keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlim tələbəyönümlü təlim metodunun xüsusiyyətləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, müəllimin fərdi işçi planını tərtibetmə prinsipləri, qiymətləndirmə metodları və meyarları, tələbələrdə öyrənmə həvəsinin artırılması və bu kimi digər mövzuları əhatə edib.

11 ali təhsil müəssisəsindən ümumilikdə 60 müəllimin iştirak etdiyi təlim “ADA” Universitetinin Təhsilin idarəedilməsi fakültəsinin dekanı Vəfa Kazdal və dosent Anar Vəliyev tərəfindən keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

SABAH qruplarında tədrisə cəlb edilmiş müəllim-professor heyətinin yeni tədris üsulları ilə daha yaxından tanış olması və daimi inkişafının təmin edilməsi məqsədilə keçirilən təlimlər ildə 2 dəfə təşkil olunur.

Qeyd edək ki, SABAH qrupları layihəsi 2014-2015-ci tədris ilindən yaradılıb, hazırda 11 ali təhsil müəssisəsini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR