"İpək Yolu Sığorta" ötən ili iri mənfəətlə başa vurub

"İpək Yolu Sığorta" ötən ili iri mənfəətlə başa vurub
# 07 aprel 2016 08:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “İpək Yolu Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin dərc etdiyi hesabata əsasən xəbər verir ki, “İpək Yolu Sığorta”nın məcmu aktivləri 2015-ci ildə 8,2% artaraq 31 mln. 208,548 min manat olub. Şirkətin uzunmüddətli aktivləri hesabat dövrünün sonuna 1 mln. 283,972 min manat, qısamüddətli aktivləri isə 29 mln. 924,576 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 20,68% azalaraq 8 mln. 400,529 manata enib. Şirkətin uzunmüddətli öhdəlikləri hesabat dövrünə 7 mln. 594,028 manat, qısamüddətli 806,564 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 14 mln. 770 min manat, məcmu kapitalı isə 25% artaraq 22 mln. 807 min 955,36 manat təşkil edib.

2015-ci ildə “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 33 mln. 222 min 406,05 manat, cəmi xərcləri 26 mln. 935 min 599,81 manat olub.

Şirkət ötən ili 5 mln. 029 min 444,99 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR