Belçikada terror aktları törətməyi planlaşdıran İŞİD üzvləri həbs edilib

Belçikada terror aktları törətməyi planlaşdıran İŞİD üzvləri həbs edilib
# 02 may 2016 02:09 (UTC +04:00)

Bakı-APA. Mərakeş hüquq-mühafizə orqanları Belçikada terror aktları törətməyi planlaşdıran İŞİD üzvlərini həbs edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat ölkənin şimal-şərqində yerləşən Nador şəhərində həyata keçirilib.

Bildirilir ki, saxlanılanlar İraqda döyüşən İŞİD-çilərlə sıx əlaqədə olublar.

Terrorçuların hədəfində hava limanı, hərbi obyektlər və polis məntəqələri olub. Həmçinin məlum olub ki, tutulanlar İŞİD rəhbərliyindən Mərakeşin şimalında “əmirliyin” yaradılmasına dair təlimatlar alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR