"Caspian European Club" SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun iştirakı ilə biznes forum keçirib

"Caspian European Club" SOCAR-ın vitse-prezidenti Süleyman Qasımovun iştirakı ilə biznes forum keçirib
# 27 aprel 2016 15:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda "Caspian European Club"un növbəti biznes forumu baş tutub.


"APA-Economics"in xəbərinə görə, budəfəki biznes forumun qonağı SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov olub.


Tədbiri giriş sözü ilə açan “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, klub 2002-ci ildə yaranıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir: “Klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir. Hazırda klub çərçivəsində bir sıra klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir".

T. Əliyev vurğulayıb ki, klubun məqsədlərindən biri də bu cür görüşlər təşkil edərək kluba üzv olan özəl şirkətlərin rəhbərləri ilə dövlət qurumlarının rəsmiləri arasında təmas yaratmaqdır, onlara bir-birilərini dinləməyə imkan yaratmaqdır.

Daha sonra çıxış edən Süleyman Qasımov isə Azərbaycanda həyata keçirilən neft-qaz siyasətindən geniş danışıb. O, SOCAR-ın ötən il həyata keçirdiyi işlər, hazırda inşası davam edən layihələr barədə söz açıb.

Son zamanlar dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşdığını, bunun bir sıra siyasi amillərə bağlı olduğunu qeyd edib. O deyib ki, buna baxmayaraq SOCAR layihələrini dayandırmır və bu layihələrin vaxtında başa çatdırılmasını məzərdə tuitur. O, SOCAR-ın gələcək planlarında da söz açıb.

Sonra S. Qasımova "Caspian European Club"un sertifikatı təqdim olunub. Daha sonra tədbirdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. İş adamları suallarını SOCAR rəsmilərinə ünvanlayıblar.

Qeyd edək ki, tədbirdə bir sıra xarici ölkələrinin səfirləri, konsulları, diplomatik nümayəndəliklərin təmsilçiləri, müxtəlif sahələri əhatə edən şirkətlərin nümayəndələri, iş adamları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR