ABŞ 2024-cü ildə hərbi kəşfiyyata 30 milyard dollar xərcləyib

ABŞ 2024-cü ildə hərbi kəşfiyyata 30 milyard dollar xərcləyib
# 01 noyabr 2024 00:35 (UTC +04:00)

Birləşmiş Ştatlar 30 sentyabr 2024-cü ildə başa çatan maliyyə ilində hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Qurum bildirib ki, bu proqramın təfərrüatları və ya onun maliyyələşdirilməsi ilə bağlı başqa heç bir məlumat verilməyəcək, çünki onlar milli təhlükəsizlik baxımından məxfi qalmalıdır.

Ötən il ABŞ hərbi kəşfiyyata 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar xərcləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR