Paşha Bank
Bank Of Baku

Xalq artisti Firəngiz Əlizadə: Gənc dirijorumuz süni intellektlə yaradılmış musiqini Azərbaycanın simfonik əsəri kimi təqdim edir

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə

© APA | Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə

# 13 noyabr 2026 16:42 (UTC +04:00)

"Dirijorlara yaxınlaşmaq olmur, onların hamısının artıq menecerləri var".

APA xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq artisti deyib ki, həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər.

“Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız. Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim edir. Bunun adı nədir, deyə bilərsiniz mənə?”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR