Bank Of Baku

ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib

ABŞ administrasiyası Konqresdən Türkiyəyə F-16-ların satışına icazə istəyib
# 17 yanvar 2023 23:34 (UTC +04:00)

ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqində bildirib.

“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim”- deyə, o bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyəni vacib tərəfdaş və müttəfiq sayır.

“Bu əlaqələri necə gücləndirə biləcəyimiz, qarşılıqlı müdafiənin necə təmin olunacağı barədə Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”, - deyə Patrik Rayder bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR