ABŞ, vətəndaşlarını qeyri-qanuni həbsdə saxladığı iddiası ilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz amerikalılara Rusiyaya getməməyi tövsiyə etdik. Levinson qanunundan istifadə edərək sanksiyalar tətbiq etdik və bunu bir daha edəcəyik”, - deyə o, "Fox News"-a müsahibəsində bildirib.
Qeyd edək ki, 2013-cü ildə ABŞ Konqresi Robert Levinson Aktını təsdiqləmişdi. Bu qanun ABŞ hakimiyyətinə həmvətənlərinin qanunsuz olaraq həbs edildiyi iddia edilən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə imkan verir.