Bank Of Baku

ABŞ BMT-dəki 12 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

ABŞ BMT-dəki 12 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib
# 01 mart 2022 02:40 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-dəki 12 diplomatını arzuolunmaz şəxs elan edib və onlara martın 7-dək ölkəni tərk etməyi əmr edib.

APA xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Mən indicə məlumat aldım ki, ABŞ hökuməti Rusiyanın BMT-dəki missiyasına qarşı növbəti tədbir görərək, ev sahibi kimi öhdəliklərini kobud şəkildə pozub. Onlar Rusiya missiyasının əməkdaşlarından 12 nəfəri persona non-qrata elan edib və martın 7-dək ölkəni tərk etmək barədə xəbərdarlıq edib” - deyə diplomat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR