ABŞ Çinin 8 texnologiya şirkətinə qarşı sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“DJI Technology” pilotsuz uçuş aparatlarının istehsalçısı da daxil olmaqla təşkilatlar investisiya məhdudiyyətlərinə məruz qalan hüquqi şəxslər siyahısına daxil ediliblər. Amerikalılara bu şirkətlərin müəyyən qiymətli kağızlarını almaq və ya satmaq qadağandır.
Qeyd edək ki, əvvəlcə ABŞ Maliyyə Nazirliyinin mesajında ÇXR-in bir vətəndaşı və dörd təşkilatı haqqında məlumat verilsə də, sonradan səhifə fərqli siyahı ilə yenilənib.