"Biz inanırıq ki, SARS-CoV-2 virusu bioloji silahların inkişafının nəticəsi deyil".
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktorunun ofisi tərəfindən yayılan koronavirusun mənşəyinə dair hesabatında bildirilib.
Hesabata görə, Çin hakimiyyətinin COVID-19 haqqında əvvəlcədən məlumatlı olmayıb: “Çin rəsmiləri, ehtimal ki, Uhan Virusologiya İnstitutunun tədqiqatçıları tərəfindən əhali arasında virusun olduğunu təsdiq edənə qədər SARS-CoV-2-nin mövcudluğu barədə əvvəlcədən məlumatlı olmayıb. COVID-19-a səbəb olan SARS-CoV-2 virusu, ehtimal ki, 2019-cu ilin noyabrında kiçik təmas nəticəsində bir insana yoluxub. İlk yoluxma isə Çinin Uhan şəhərində qeydə alınıb”.
Qeyd edək ki, 11 mart 2020-ci il tarixindən yeni koronavirus ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus tərəfindən pandemiya kimi xarakterizə edilib.