Bank Of Baku

ABŞ-da 50-dən çox insan daşqınlar səbəbindən xəstəxananın damında qalıb

ABŞ-da 50-dən çox insan daşqınlar səbəbindən xəstəxananın damında qalıb
# 28 sentyabr 2024 04:11 (UTC +04:00)

ABŞ-nin Tennessi ştatında daşqın nəticəsində 50-dən çox insan xəstəxananın damında qalıb.

APA xəbər verir ki, bu barədə “WCYB News 5” telekanalı məlumat yayıb.

Bildirilir ki, xəstələr və həkimlər də daxil olmaqla ümumilikdə damda 54 nəfər qalıb.

Daha 7 nəfər xilasedici qayıqlarda qalıb.

Qeyd olunur ki, daşqın səbəbindən xəstəxanaya gedən bütün yollar keçilməz hala düşüb.

Bir neçə patrul və təcili yardım maşını suyun altında itib.

Milli Qvardiya xilasetmə əməliyyatında iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR