Bank Of Baku

ABŞ-da ağır yol qəzası olub, 9 nəfər ölüb

ABŞ-da ağır yol qəzası olub, 9 nəfər ölüb
# 30 yanvar 2022 17:25 (UTC +04:00)

ABŞ-ın Nevada ştatının Şimali Las-Veqas şəhərində altı avtomobil toqquşub, 9 nəfər ölüb.

APA bildirir ki, bu barədə KTNV-TV kanalı yerli polisə istinadən xəbər verir.

Qəza şənbə günü baş verib. Polisin məlumatına görə, minik avtomobili yüksək sürətlə hərəkət edərək işıqforun qırmızı işığına dəyib və bir neçə maşına çırpılıb. Nəticədə qəzanın səbəbkarı da daxil olmaqla 9 nəfər ölüb, daha bir nəfərin vəziyyəti ağırdır.

Şəhər polisinin əməkdaşı Aleksander Cuevas bu qəza barədə belə deyib: “Biz heç vaxt belə çox sayda qurbanın olduğu yol qəzası ilə rastlaşmamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR