Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Sakramento şəhəri yaxınlığındakı kilsədə atışma baş verib.
APA BNO News telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.
Hadisə yerində Sakramento dairəsinin polisi ilə yanaşı xüsusi təyinatlı dəstə də var.
Atəş açan şəxsin kimliyi və hadisənin motivləri məlum deyil. İlkin məlumata görə, ölənlər arasında uşaqlar da var.