ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Kolorado-Sprinqs şəhərinin polis idarəsi “X” platformasında yazıb.
“Citadel Mall” ticarət mərkəzində iki qrup arasında dava baş verib, hadisə atışma ilə nəticələnib. Polis tərəfindən artıq bir neçə nəfər saxlanılıb.
Hazırda polis tərəfindən araşdırma aparılır.