ABŞ-da mənzildə atışma olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Tennessi ştatının Neşvil şəhərində baş verib.
Mənzildə baş verən atışma zamanı 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Cinayət yerində iki ədəd odlu silah aşkarlanıb. Mənzildə oğurluq əlamətlərinə rast gəlinməyib.