ABŞ-da atışma olub, 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
APA-nın AL portalına istinadən verdiyi xəbərə görə, atışma dünən axşam Alabama ştatının Birminqem şəhərində qeydə alınıb.
Atışma nəticəsində 2 kişi və 1 qadın hadisə yerində ölüb. 1 nəfər isə xəstəxanada həyatını itirib.