ABŞ-da atışma olub, 4 nəfər ölüb

ABŞ-da atışma olub, 4 nəfər ölüb
# 04 mart 2024 11:49 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında atışma nəticəsində 4 nəfər ölüb, çoxlu sayda şəxs yaralanıb.

APA “Reuters”-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Kinq Siti şəhərində baş verib. İnsident yaşayış binasında keçirilən şənlikdən sonra baş verib.

Güllə yarası almış üç kişi hadisə yerində ölüb, ağır yaralı olan bir qadın isə xəstəxanada keçinib.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR