Bank Of Baku

ABŞ-da avtobusun aşması nəticəsində 50-dən çox sərnişin yaralanıb

ABŞ-da avtobusun aşması nəticəsində 50-dən çox sərnişin yaralanıb
# 15 avqust 2021 04:18 (UTC +04:00)

Avqustun 14-də ABŞ-ın Nyu-York ştatında sərnişin avtobusunun aşması nəticəsində 50-dən çox adam yaralanıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Avtobusda 57 nəfərin olduğu bildirilir.

Avtobus Niaqara şəlaləsinə doğru hərəkət edərkən aşıb. Nəqliyyat vasitəsinin hansı şirkətə məxsus olduğu hələlik məlum deyil. 

Həkimlərin bildirdiyinə görə, sərnişinlər arasında uşaqlar da var.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR