ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artaraq 9 nəfərə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bunu Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.
O, əlavə edib ki, dağıntılar altında qalan 152 nəfərin axtarışı davam edir: “Xilasedicilər sağ qalanların olduğuna ümid edirlər”.
Qeyd edək ki, Kava ilkin olaraq 156 nəfərin dağıntılar altında qaldığını bildirmişdi.
Xatırladaq ki, sözügedən bina 1981-ci ildə inşa edilib.