ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında birmühərrikli “Cessna 208” markalı təyyarə qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.
Pilot da daxil olmaqla 2 nəfərin öldüyü bildirilir.
ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırmalara başlayıb.