Bank Of Baku

ABŞ-da fırtına səbəbindən 1400-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib

ABŞ-da fırtına səbəbindən 1400-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib
# 27 noyabr 2026 01:56 (UTC +04:00)

ABŞ-ın şərqində baş verən güclü fırtına nəticəsində 1400-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Bu barədə “FlightAware” portalı məlumat yayıb.

Məlumata görə, noyabrın 26-da 1009 aviareys təxirə salınıb, daha 396 reys isə ləğv edilib.

Əlverişsiz hava şəraiti ABŞ-də hava nəqliyyatının ən sıx olduğu günlərdən birinə – Şükranlıq Gününə təsadüf edib.

Daha əvvəl gözlənilən leysan yağışları və güclü külək səbəbindən Nyu-Yorkda və Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edilib.

Küləyin sürətinin saniyədə 26 metrə çatacağı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR