ABŞ-da işsizlik səviyyəsi artıb

ABŞ-da işsizlik səviyyəsi artıb
# 02 avqust 2024 23:47 (UTC +04:00)

ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq iyul ayında 114 min nəfər artmasına baxmayaraq proqnozların altında qalıb.

APA xəbər verir ki, ABŞ-ın Əmək Nazirliyinin açıqladığı iyul ayı üzrə məşğulluq hesabatında ölkədə işsizlik nisbətinin 4,1 %-dən 4,3%-ə yüksəldiyi bildirilir.

Qeyd olunur ki, ardıcıl olaraq 4 aydır artan işsizlik nisbəti bu dövrdə 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Məlumata görə iyulda ölkədə işsizlərin sayı 352 min nəfər artaraq 7 milyon 163 min nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR