Bank Of Baku

ABŞ-da kiçikmühərrikli təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

ABŞ-da kiçikmühərrikli təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
# 25 noyabr 2026 10:18 (UTC +04:00)

Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər. Bununla da itkin düşənlərin axtarışları başa çatıb.

Cessna 210 tipli təyyarə noyabrın 24-də dispetçerlərlə əlaqəni kəsib. Həmin gün yerli vaxtla saat 15:45-də təyyarənin itkin düşməsi barədə məlumat alan Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatına başlayıb. Əməliyyat təxminən 4 saat davam edib.

Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb. Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində 4 böyük və 2 uşaq həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR