Paşha Bank
Bank Of Baku

ABŞ-da kiberdələduzluq qurbanlarına 9 ay ərzində 8 milyard dollar qaytarılıb

ABŞ-da kiberdələduzluq qurbanlarına 9 ay ərzində 8 milyard dollar qaytarılıb
# 24 noyabr 2026 23:54 (UTC +04:00)

ABŞ hüquq-mühafizə orqanları martın əvvəlindən bəri kiberdələduzluq nəticəsində zərər çəkmiş amerikalılara rekord məbləğdə – 8 milyard dollar vəsait qaytarıb.

APA xəbər verir ki, bunu ölkənin ədliyyə naziri və baş prokuroru Todd Blanş açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın mart ayında kiberdələduzluğa qarşı mübarizə ilə bağlı fərman imzalamasından sonra Ədliyyə Nazirliyi amerikalıların qorunması istiqamətində tədbirlər görüb.

Bu çərçivədə 85 federal dairədə 400-dən çox cinayət işi açılıb, 800-dən artıq şübhəli məhkəmə qarşısına çıxarılıb, ekstradisiya edilib və ya təqsirini etiraf edib. Bəzi şəxslərə hökm oxunub.

Todd Blanş onu da bildirib ki, bu, tarixdə dələduzluğa qarşı ən böyük əməliyyatdır. O, müxtəlif yaş və gəlir səviyyəsinə malik amerikalıları aldadan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunduğunu vurğulayıb.

Mətbuat konfransında iştirak edən Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel isə qurumun qanunsuz yolla əldə edilmiş təxminən 17 milyard dollar vəsaiti və 14 mindən çox rəqəmsal cihazı müsadirə etdiyini bildirib.

Onun sözlərinə görə, FTB dörd qitədə dələduzluqla məşğul olan 29 təşkilatın fəaliyyətini dayandırıb və onları tamamilə zərərsizləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR