Bank Of Baku

ABŞ-da koronavirusdan ölənlərin sayı 900 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 900 mini ötüb
# 05 fevral 2022 07:12 (UTC +04:00)

ABŞ-da pandemiyanın başlanğıcından bəri koronavirusdan ölənlərin sayı 900 mini ötüb.

APA xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin saytında məlumat dərc edilib.

COVID-19-dan ölənlərin ümumi sayı 900 334 nəfərə çatıb.

Təkcə son dörd həftədə 60 mindən çox ölüm qeydə alınıb.

Yoluxma sayı isə ümumilikdə 76,2 milyonu keçib. Omicron ştamının yayılması fonunda son dörd həftə ərzində 17 milyondan çox yoluxma hadisəsi aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR