Bu gün səhər saatlarında ABŞ-ın Tennessi ştatının Haukins Kounti dairəsində bir neçə məktəb bağlanıb.
APA yerli “WVLT” telekanalına istinadən xəbər verir ki, buna səbəb məktəblərdən birinin yaxınlığında şübhəli silahlı şəxsin görünməsi olub.
Dərhal ehtiyat tədbirləri məqsədilə təhsil müəssisələrinə təcili yardım briqadalrı göndərilib.
Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparıldıqdan saat yarım sonra məktəblərə giriş-çıxış bərpa olunub.