ABŞ-da Rusiyadan uran idxalına qoyulan qadağa qüvvəyə minib

ABŞ-da Rusiyadan uran idxalına qoyulan qadağa qüvvəyə minib
# 12 avqust 2024 05:23 (UTC +04:00)

Rusiyadan ABŞ-a şüalanmamış az zənginləşdirilmiş uranın idxalına qoyulan qadağa qüvvəyə minib.

APA xəbər verir ki, ABŞ prezidenti Co Bayden müvafiq qanunu mayın 13-də imzalayıb.

Bundan əvvəl isə məhdudiyyətlərin tətbiqi Konqresin Senatı və Nümayəndələr Palatası tərəfindən təsdiqlənmişdi.

Dövlət Departamenti yeni qaydaların 2028-ci ilin yanvarına qədər istisnaları nəzərdə tutduğunu açıqlayıb. Bu isə bəzi hallarda Rusiyadan uran alışını davam etdirməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR