Bank Of Baku

ABŞ-da seçkilərə bir həftə qalmış Federal Seçki Komissiyasına haker hücumu olub

ABŞ-da seçkilərə bir həftə qalmış Federal Seçki Komissiyasına haker hücumu olub
# 28 oktyabr 2026 06:58 (UTC +04:00)

ABŞ Federal Seçki Komissiyası haker hücumuna məruz qalması səbəbindən internet üzərindən fəaliyyət göstərən xidmətlərini müvəqqəti dayandırıb.

“Reuters” agentliyinin məlumatına görə, naməlum haker komissiyanın informasiya sistemlərinə icazəsiz giriş əldə etməyə cəhd göstərib.

Bununla əlaqədar qurumun internetə bağlı xidmətləri müvəqqəti olaraq deaktiv edilib.

Komissiyanın rəsmi saytında elektron sənəd qəbulu sisteminin hazırda işləmədiyi bildirilib. Qeyd olunub ki, mütəxəssislər sistemin fəaliyyətinin bərpası istiqamətində fəal iş aparırlar.

Hadisə ABŞ-da noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkiləri ərəfəsində baş verib.

Seçkilərdə Senatın üçdəbir hissəsi və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR