Paşha Bank
Bank Of Baku

Bloomberg: "Starlink" böhranı Avropa İttifaqını hərəkətə gətirib

Bloomberg: "Starlink" böhranı Avropa İttifaqını hərəkətə gətirib
# 28 oktyabr 2026 02:49 (UTC +04:00)

Avropa İttifaqında (Aİ) Ukraynada “Starlink” peyk rabitəsi sisteminin fəaliyyətində yaranan ləngimələrdən sonra müdafiə imkanlarının gücləndirilməsi və ABŞ texnologiyalarından asılılığın azaldılması məsələsi yenidən gündəmə gəlib.

“Bloomberg” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, oktyabrın 15-16-da keçirilən son Aİ sammitində əsas müzakirə mövzularından biri “Starlink” sisteminin işindəki ləngimələr olub.

Məlumata əsasən, yaranmış vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yeni açıq fikir ayrılığına səbəb olub.

Avropa rəsmiləri bu hadisələr fonunda Aİ-nin öz texnoloji və müdafiə imkanlarını genişləndirməsinin vacibliyini müzakirə ediblər.

Müzakirələrdə ABŞ-dan asılılığın azaldılması, strateji əhəmiyyətli texnologiyalar üzrə alternativ təchizatçıların müəyyənləşdirilməsi və Avropanın müstəqil imkanlarının inkişaf etdirilməsi məsələləri ön plana çıxıb.

Bununla belə, “Bloomberg”in mənbələrindən biri bildirib ki, bu istiqamətdə əsaslı dəyişikliklərin həyata keçirilməsi illər tələb edəcək.

Agentliyin məlumatına görə, mövcud şəraitdə ən real variant Avropa ölkələrinin NATO kimi fəaliyyət göstərən təhlükəsizlik strukturlarındakı rolunun gücləndirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR